İdman
"Kəpəz"in futbolçusu qız üstündə bıçaqlanıb? - VİDEO
“Kəpəz”in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatları açıqlanıb.
Publika.az "Matc.az"a istinadən xəbər verir ki, futbolçu yaxın dostu və iki xanım tanışı ilə birlikdə gecəni “Karizma lounge” restoranında keçirib. Daha sonra tərəflər səhər saatlarında xanımları evlərinə yola salarkən, Müseyib Bağırov küçəsində insident baş verib.
Belə ki, qadınlardan birinin keçmiş sevgilisi onlara yaxınlaşaraq vəziyyətlə maraqlanıb. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Hadisəni sakitləşdirməyə çalışan Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.
Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Futbolçu Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Heybət
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
































