İdman
Qışın ən bahalı transferləri açıqlandı
Avropada qış transfer pəncərəsinin ən bahalı keçidləri əsasən İngiltərə klublarının iştirakı ilə reallaşıb.
Publika.az xəbər verir ki, siyahının ilk pilləsində Antuan Semenyonun “Bornmut”dan “Mançester Siti”yə 72 milyon avroya transferi yer alıb.
İkinci sırada “Vulverhempton”dan “Kristal Pelas”a keçən Yorgen Stranna Larsen var. Bu transfer 49,7 milyon avroya başa gəlib. Üçüncü ən bahalı qış transferi isə Lukas Paketaya məxsusdur. Yarımmüdafiəçi “Vest Hem”dən Braziliyanın “Flamenqo” klubuna 42 milyon avroya keçib.
Dördüncü pillədə Konor Qallagerin “Atletiko” klubundan “Tottenhem”ə transferi qərarlaşıb. Bu keçidin dəyəri 40 milyon avro təşkil edib. "Beşliy"i isə “Tottenhem”in yarımmüdafiəçisi Brennan Conson tamamlayır. O, 40 milyon avro qarşılığında “Kristal Pelas”a transfer olunub.
Heybət
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var

































