ABŞ
Trampdan "Epşteyn işi" ilə bağlı açıqlama - “Vaxtım yoxdur ki...”
ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin işi üzrə ictimaiyyətə açıqlanan materialları araşdırmağa vaxtının olmadığını bildirib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
O, bunu ölkənin idarə edilməsi ilə bağlı həddindən artıq məşğul olması və əldə etdiyi uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq zərurəti ilə əsaslandırıb.
ABŞ lideri Epşteynə qarşı qəfil yaranan marağa təəccübləndiyini qeyd edərək bildirib ki, maliyyəçi sağ olduğu müddətdə heç kim bu məsələ ilə maraqlanmırdı.
Tramp həmçinin əlavə edib ki, sənədlərdə sahibkar İlon Mask və ABŞ-ın ticarət naziri Hovard Latnikin adlarının hallanması onu narahat etmir.
Prezident "onlarla bağlı hər şey qaydasındadır, əks halda çox böyük manşetlər görərdik" deyərək əminliyini ifadə edib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Baş Prokurorluğu Epşteyn işi ilə bağlı 3,5 milyondan çox faylın dərc edildiyini açıqlamışdı.
Hüseyn İbadlı
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?


























.jpg)












