ABŞ
Böyük yerdəyişmə - 1.2 trilyon dollarlıq ABŞ federal borcu kimin əlindədir?
Yaponiya hazırda ABŞ dövlət istiqrazlarının ən böyük xarici sahibidir. Bu ölkənin payına 1,2 trilyon dollar həcmində qiymətli kağız düşür.
Publika.az "Naked Science" nəşrinə istinadla xəbər verir ki, Yaponiya hələ 2019-cu ildə Çini geridə qoyaraq bu siyahıda liderliyi ələ keçirib.
Çin mövqelərini zəiflədir, Avropa isə artırır
On il əvvəl Çin təxminən 1,3 trilyon dollar dəyərində ABŞ dövlət borcuna sahib idi. Lakin o vaxtdan bəri Pekinin əlindəki istiqrazların həcmi demək olar ki, yarıbayyarı azalıb (~700-750 milyard dollar). Eyni dövr ərzində Yaponiyanın investisiyaları isə daha mülayim templə - təxminən 61 milyard dollar artıb.
Siyahıda növbəti yerdə Böyük Britaniya qərarlaşıb. Londonun əlində 888,5 milyard dollarlıq ABŞ federal borcu var. Son 12 ay ərzində Britaniyanın investisiya həcmi ikirəqəmli templərlə artıb. Bənzər artım tendensiyası digər Avropa ölkələrində, o cümlədə Belçika, Fransa və Norveçdə də müşahidə olunur.
BRICS ölkələri qızılı seçir
Avropadan fərqli olaraq, BRICS üzvü olan ölkələr ABŞ istiqrazlarındakı paylarını aktiv şəkildə azaldırlar:
- Braziliya: -27%
- Hindistan: -20%
- Çin: -11%
Daha bir tarixi məqam isə qızıl ehtiyatları ilə bağlıdır. 2025-ci ilin sonuna olan məlumata görə, dünya mərkəzi banklarının ehtiyatlarında qızılın payı 1996-cı ildən bəri ilk dəfə olaraq ABŞ dövlət istiqrazlarının payını üstələyib.
Hüseyn İbadlı
-
Avto07:15Dubaydan gətirilən avtomobillər bu qədər bahalaşdı
-
Qoroskop01:40Günün ulduz falı: detallara fokuslanmaq vaxtıdır
-
ABŞ00:55ABŞ İranla müharibəyə hər gün sərvət xərcləyir - İnanılmaz rəqəm
-
Dünya00:15Fidan Rubio ilə İranın atdığı raketi müzakirə etdi
-
Region4 Mart 21:39İranın Türkiyəyə raket atmasına Ərdoğandan reaksiya
-
Region4 Mart 20:12Xameneinin ölümündən əvvəl hazırladığı, regionu xaosa sürükləyəcək şok plan
-
Elm və təhsil4 Mart 20:00Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi - Siyahı
-
İnanc4 Mart 19:40Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı







.jpg)







.jpg)
















.jpg)




