İdman
Azərbaycanlı Finlandiya milli komandasının baş məşqçisi postuna namizəd oldu - AÇIQLAMA
Azərbaycan millisinin keçmiş üzvü Elvin Quliyev Finlandiyanın futzal millisindən təklif alıb. Futzal üzrə məşqçi kurslarını Finlandiya Futbol Federasiyasında keçən və yekunda UEFA-nın B lisenziyasını alan həmyerlimiz bu ölkənin futzal üzrə əsas millisinin baş məşqçisi vəzifəsinə namizəddir.
Publika.az-a açıqlama verən Quliyev skandinaviyalıların ona müraciət edərək özü ilə bağlı məlumatları federasiyanın namizədlər üçün yaradılmış bölməsinə yerləşdirməsini xahiş ediblər:
"Mənimlə çalışmaq istədiklərini bildirdilər. Onlar kurs vaxtı da dil bilgilərini gücləndirməyimi istəyirdilər. Bu dəfə isə Finlandiya Futzal Federasiyasına aid xüsusi keçidə bütün fəaliyyıtimlə bağlı informasiyaları, əmək haqqı gözləntilərimi yerləşdirdim. Daha sonra video müsahibə ilə komandada inkişaf yolları, taktiki bilgilər və ümumi futzal düşüncələrimlə bağlı fikirlərin ingiliscə izahını etdim. Bu məlumatları mənə aid səhifəyə yerləşdirdilər. Belə bir posta namizəd olmaq mənimçün xoşdur. Özümü tam hazır bilirəm".
Federasiya yaxın günlərdə Elvin Quliyevlə bağlı yekun qərarını açıqlayacaq.
Qeyd edək ki, Elvin Quliyev “Turan AİR”, “Asfarma”, TT, “Neftçi” İSM, “Əmrahbank”, “Baku Fire”, “İtaldizayn” klublarının formasını geyinib, Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. O, müxtəlif illərdə Azərbaycan millisinin heyətində də çıxış edib.
Heybət
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto











.jpg)




















