İdman
“Qaraçı kralı” ona cavab verdi: Qayıdışım Tanrının planıdır
Ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri (34-2-1, 24 nokaut) onu boks tarixinin ən böyük fırıldaqçısı adlandıran Deontey Uaylderin (44-4-1, 43 nokaut) ittihamlarına cavab verib.
Publika.az xəbər verir ki, boksçu bu barədə “İnstaqram”da paylaşım edib.
Britaniyalı əlavə edib ki, karyerası enişli-yoxuşlu olub və bu, onu əsl kişiyə çevirib.
“Qaraçı Kralı” çıxışında 2024-cü ildə Aleksandr Usikə qarşı son iki məğlubiyyətini xatırladıb və bu məğlubiyyətlər onun peşəkar karyerasına növbəti dəfə son qoydu.
“Son iki döyüşümdə istədiyim nəticəni əldə edə bilmədim. Aleksandr qalib gəldi. Ona, komandasına və orada olan hər kəsə təşəkkür edirəm. Bilirsiniz, bu, bir həyat dərsidir. Həmişə istədiyinizi əldə etmirsiniz. İstədiyinizi əldə etmək üçün kifayət qədər iş gördüyünüzü düşünsəniz də, həmişə əldə edə bilmirsiniz. Amma qoy belə olsun. Mənim şikayət etdiyimi, nalə çəkdiyimi və ya “Aman Allahım, o, fırıldaqçıdır” dediyimi eşitməyəcəksiniz. Belə bir şey eşitməyəcəksiniz, çünki mən o cür insan deyiləm. Olduğum kimi görünürəm”, – Tayson deyib.
Fyuri əlavə edib ki, Usik əla döyüşçüdür və ukraynalıya karyerasında uğurlar arzulayır. Britaniyalı boksçu taleyin onu gələcəkdə məğlubedilməz boksçu ilə üçüncü dəfə rinqə çıxara biləcəyini də istisna etməyib.
Fyuri qayıdışını “Tanrının planı və vaxtı” adlandırıb. Tayson boks azarkeşlərini onu unutmamağa çağırıb.
“Qaraçı Kral”ın peşəkar rinqə qayıtdıqdan sonra ilk döyüşü 11 aprel 2026-cı ildə Böyük Britaniyada keçirəcək. Taysonun rəqibi Kanada adından yarışan rusiyalı boksçu Arslanbek Mahmudov olacaq.
-
Ekologiya20:36Gündüz gecəyə dönəcək: tarixi hadisənin vaxtı bəlli oldu
-
Dünya19:30Əbu-Dabidəki üçtərəfli görüş başa çatdı
-
Elm və təhsil19:10Həmin müəllimlərlə bağlı nazirliyə müraciət etmişik - Məleykə Abbaszadə
-
Nida Xəbər 17:44Bu mükafatı almaq böyük şərəfdir - İlham Əliyev
-
Region16:48Türklə evlənən rus qadın baldızı gilə qonaq gəldi: İstanbulda qiymətləri görüb dəli oldu
-
İdman15:38Səudiyyə Ərəbistanında Ronaldonun itkin düşdüyü ilə bağlı elan yayıldı - FOTOFAKT
-
Region15:26Gümrüdə 6 nəfərlik ailəni qətlə yetirən rus əsgər cəzasını harada çəkir?
-
Sosial14:18Pensiya artımları nə vaxt ödəniləcək? - RƏSMİ AÇIQLAMA









.jpg)




.jpg)



















