Sosial
Azərbaycanda heyvanların peyvəndləməsinə başlanıldı
Ölkə ərazisində epizootik sabitliyin və ictimai sağlamlığın təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən cari ilin "Azərbaycan Respublikasının 2026-cı il üçün epizootiya əleyhinə Tədbirlər Planı"na uyğun olaraq, respublika ərazisində iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məıumata görə, peyvənd vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri və “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburi dezinfeksiya olunur.
Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət etməsini tövsiyə edir. Agentlik xatırladır ki, heyvanların peyvənddən yayındırılması onların xüsusi təhlükəli xəstəliklərə yoluxmasına risklər yarada bilər.
Qeyd edək ki, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə ödənişsiz həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda Respublika ərazisində epizootik vəziyyət sabitdir.
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?






































