Region
Gümrüdə 6 nəfərlik ailəni qətlə yetirən rus əsgər cəzasını harada çəkir?
Gümrüdə Avetisyan ailəsinin qətlində təqsirli bilinərək Ermənistanda ömürlük həbs cəzasına məhkum edilmiş Valeri Permyakov cəzasını Rusiya həbsxanasında çəkir.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan mətbuat konfransında bildirib.
Qalyan qeyd edib ki, "Biz vaxtaşırı rusiyalı həmkarlarımızla onun harada olduğunu yoxlayırıq və cəzasını çəkməyə davam etdiyinə dair təsdiq alırıq".
Xatırladaq ki, Permyakov 2016-cı ildə Şirak vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hökmünün icrası prosesinin bir hissəsi olaraq Rusiya Federasiyasına təhvil verilib.
12 yanvar 2015-ci ildə altı nəfərlik Avetisyan ailəsi Gümrüdə qətlə yetirilib: yaralanan altı aylıq uşaqları bir həftə sonra xəstəxanada ölüb.
Elə həmin gün Rusiya hərbi xidmətində olan əsgər Permyakov cinayətdə şübhəli bilinərək Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd edərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. 12 avqust 2015-ci ildə Rusiya qarnizon məhkəməsi Permyakovu fərarilik, oğurluq və qanunsuz silah saxlama ittihamları ilə 10 il müddətinə azadlqıdan məhrum edib.
23 avqust 2016-cı ildə Ermənistan məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.
Tural
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
Magazin211:26Castin Biberin həyat yoldaşı geyimi ilə gündəm oldu - FOTO
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Avropa10:57Bütün Almaniya onu axtarır - Kansler "sərt şəkildə cəzalandırılacaq!" dedi
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
































