İdman
21-ci əsrin ən yaxşı hücumçuları: Messi birinci, Ronaldo isə...
Fransanın "Canal+" telekanalı 21-ci əsrin ən yaxşı hücumçularının reytinqini açıqlayıb.
Publika.az xəbər verir ki, birinci yeri hazırda "İnter Mayami" və Argentina millisinin formasını geyinən 38 yaşlı Lionel Messi tutub. O, daha əvvəl "Barselona" və PSJ-də çıxış edib.
İkinci pillədə "Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yer alıb. O, karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real" və "Yuventus" kimi klublarda oynayıb.
"İlk üçlüy"ü Braziliya millisinin sabiq üzvü Ronaldo Nazario tamamlayıb. O, klub səviyyəsində "Kruzeyro", PSV, "Barselona", "İnter", "Real", "Milan" və "Korintians"ın formasını geyinib.
"Canal+"-un versiyasına görə 21-ci əsrin ən yaxşı hücumçuları reytinqində sonrakı yerlərdə Ronaldinyo, Tyerri Anri, Kərim Benzema, Kilian Mbappe, Neymar, Robert Levandovski, Didye Droqba, Samuel Eto’o, Zlatan İbrahimoviç, Andrey Şevçenko, Raul və Luis Suares qərarlaşıb.
Heybət
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
































