İdman
"Barselona" "Malyorka"nı darmadağın etdi
"Barselona" İspaniya futbol çempionatının 23-cü turunun matçında "Malyorka" üzərində qələbə qazanıb.
Publika.az xəbər verir ki, görüş "Kamp Nou" stadionunda keçirilib və 3:0 hesabı ilə başa çatıb.
Qələbə toplarını 29-cu dəqiqədə Robert Levandovski, 61-ci dəqiqədə Lamin Yamal və 83-cü dəqiqədə Mark Bernal vurub. 18 yaşlı Bernal üçün bu qol kataloniyalıların böyüklər komandasında ilk olub.
Bu qələbədən sonra "Barselona" 58 xalla La Liqanın turnir cədvəlində birinci yeri qoruyub saxlayır, ikinci yerdə "Real Madrid" (54 xal, ehtiyatda oyunu var) qərarlaşıb. İlk üçlüyü paytaxt "Atletiko"su tamamlayır (45 xal, ehtiyatda oyunu var).
"Malyorka" 24 xalla 15-ci yerdədir.
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq
-
Region7 Mart 22:48Rusiya müharibədə İrana görün necə kömək edir
-
Magazin17 Mart 21:30Kəmalə Günəşlidən Cavan Zeynallı ilə bağlı qalmaqallı sözlər - “Əli əsə-əsə...”
-
Magazin17 Mart 19:36Nigar ona təhqirlər yazan şəxsin fotosunu paylaşdı
-
Hadisə7 Mart 17:20Şəmkirdə 16 yaşlı qız ana oldu
-
MDB7 Mart 17:13Rusiyada bankı partlatdılar
-
Nida Xəbər 7 Mart 16:555 ölkədə 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib




































