İdman
Devid Bekhemdən küsülü olduğu oğluna "butslı mesaj" - FOTO
Devid Bekhem, böyük oğlunun ailə ilə barışmaq planı olmadığını açıqlamasından cəmi bir neçə həftə sonra Bruklinə qarşı səssiz bir jest edib.
Publika.az xəbər verir ki, 26 yaşlı Bruklin yanvar ayında "Instagram"da paylaşdığı səs-küylü bəyanatda atası Devid və anası Viktoriyanı, aktrisa və mirasçı həyat yoldaşı Nikola Peltz Bekhemlə olan münasibətlərini "məhv etmək üçün sonsuz cəhdlər" göstərməkdə ittiham etmişdi.
"Bütün həyatım boyu valideynlərim mətbuatda ailəmiz haqqındakı hekayələri idarə ediblər. Nümayişkaranə sosial media paylaşımları, ailə tədbirləri və qeyri-səmimi münasibətlər doğulduğum həyatın bir parçası olub", - Bruklin iddia ilə çıxış edib.
Bekhem ailəsi hələlik Bruklinin bu bəyanatına birbaşa cavab verməyib, lakin 50 yaşlı keçmiş futbolçu son sosial media paylaşımında oğluna incə bir işarə göndərib. İngiltərə millisinin keçmiş kapitanı karyerası boyunca geyindiyi və üzərində Bruklinin adı tikilmiş futbol butslarının arxiv fotosunu paylaşıb. Həmin butsların bir çoxunun üzərində Bruklinin kiçik qardaşları və bacısı — 23 yaşlı Romeo, 20 yaşlı Kruz və 14 yaşlı Harperin də adları yer alıb.
Devid futbol karyerasına 1992-ci ildə "Mançester Yunayted"də başlamış, 2003-cü ildə "Real Madrid"ə keçmiş, daha sonra isə "LA Galaxy"də oynamaq üçün okeanın o tayına yollanmışdı.
Həftənin əvvəlində yayılan xəbərlərdə Bruklinin atasına həsr olunmuş döyməsinin üstünü örtdürdüyü iddia edilib. Aşpazlıqla məşğul olan Bruklinin qolunda əvvəllər üzərində "Ata" (Dad) sözü yazılmış lövbər döyməsi var idi. Lakin Bruklinin son fotolarında bu üç hərfin mücərrəd fiqurlarla qapadıldığı görünür.
Bruklinin qaynatası, milyarder Nelson Peltz bu yaxınlarda bir tədbirdə ailə dramına toxunaraq, gənclərə "uzun və xoşbəxt bir evlilik" arzuladığını bildirib. O, "Qızım və Bekhemlər tamamilə başqa bir hekayədir və bu, bugünkü mövzumuz deyil. Onu deyə bilərəm ki, qızım möhtəşəmdir, kürəkənim Bruklin möhtəşəmdir və onların uzun, xoşbəxt bir evlilik yaşamasını səbirsizliklə gözləyirəm" deyə qeyd edib.
Hüseyn İbadlı
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto











.jpg)




















