Neymar karyerasını bitirəcək, əgər…
Bizi izləyin

İdman

Neymar karyerasını bitirəcək, əgər…

“Santos”un 34 yaşlı hücumçusu Neymar DÇ-2026-ya çağırılmadığı təqdirdə bu il karyerasını bitirməyi düşünür.

Publika.az xəbər verir ki, “The Touchline”ın “X” sosial media səhifəsində yer alan məlumata görə, braziliyalı oyunçunun futbolda yeganə motivasiyası Dünya Kubokunda iştirak etmək və qalib gəlməkdir.

Mənbənin məlumatına görə, Neymar diz zədəsini sağaltmaq və Dünya Kubokuna getmək üçün əlindən gələni edir.

Dekabrın sonlarında hücumçu medial menisküsün cırılmasından sonra artroskopik əməliyyat keçirib. Onun müqaviləsi 2026-cı ilin sonuna qədərdir.

“Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm