Sosial
"Gecə ayılıb gördüm ki, zəif səslə məni çağırır" - Qəfil vəfat edən jurnalistin son anları
"Retro Baku" verilişinin yeni buraxılışı vaxtilə Baku TV-də çalışmış, 2024-cü ildə insult keçirərək dünyasını dəyişən jurnalist Sərxan Kamallıya həsr olunub.
Publika.az xəbər verir ki, "Baku" TV-nin əməkdaşı Xəyal Orucoğlu mərhum həmkarı ilə bağlı xatirələrini bölüşərək həmin günləri belə xatırlayıb:
"Günlərin birində eyni növbəni bölüşdüyümüz vaxt mən bir az özümü narahat hiss edirdim, başım ağrıyırdı. Uşaqlardan xahiş etdik ki, təzyiqölçəni gətirsinlər. Təzyiqimi ölçəndə gördüm ki, 130-dur və özümü heç yaxşı hiss etmirəm. Bu əsnada Sərxan gülə-gülə gəlib dedi ki, onu mənim də qoluma taxın, görüm təzyiqim neçədir. Təzyiqini ölçəndə gördük ki, 200-ün üzərindədir. Bu qədər yüksək təzyiq hər birimizi heyrətə gətirdi ki, Sərxan, sən belə necə yaşayırsan?"
Sərxan Kamallının həyat yoldaşı Gülşən Kamallı isə onun son gününü xatırlayaraq həmin ağır anları belə təsvir edib:
"Axşam saatlarında, 9-dan sonra evə gəldi. Gələndə də özü üçün yeni bir telefon almışdı. Əhvalı da yerində idi. Oturduq, dedik, güldük, uşaqlarla söhbət etdi. Bir müddətdən sonra dedi ki, uşaqları apar yatsınlar. Gecə ayılıb gördüm ki, Sərxan yıxılıb yerə, bir tərəfi işləmir, zəif səslə məni çağırır. Təcili yardım çağırdıq. Oğlum gördü ki, atasını təcili yardımla apardılar. Bir müddət həyətə təcili yardım gələndə qaçaraq gəlib deyirdi ki, ana, deyəsən, atamı gətirirlər".
-
Magazin119:36Nigar ona təhqirlər yazan şəxsin fotosunu paylaşdı
-
Hadisə17:20Şəmkirdə 16 yaşlı qız ana oldu
-
MDB17:13Rusiyada bankı partlatdılar
-
Nida Xəbər 16:555 ölkədə 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib
-
ABŞ16:34Tramp: "Bu gün İran çox güclü zərbə alacaq!"
-
Nida Xəbər 16:27Azərbaycana təxliyə olunan səfir: "Partlayış səslərinə oyanır, qalxan tüstünü görürdük"
-
Nida Xəbər 15:09Beş əcnəbi diplomat İrandan Azərbaycana təxliyə edildi
-
MDB14:35Xarkovda dəhşət - Yaşayış binası vuruldu, ölənlər var(Foto)







































