Region
ABŞ-ın patrul təyyarəsi İran yaxınlığında kəşfiyyat apardı
ABŞ-ın "P-8A Poseidon" tipli sualtı qayıqlara qarşı patrul təyyarəsi İran yaxınlığında, Fars körfəzi üzərində uçuş həyata keçirib.
Publika.az xəbər verir ki, bu, "Flightradar24" xidmətinin məlumatlarında öz əksini tapır.
Verilən məlumata görə, təyyarə Bəhreyndəki aviabazadan havaya qalxıb. O, bir neçə saat ərzində Fars körfəzinin mərkəzi hissəsində, Bəhreyndən şimalda Birləşmiş Ərəb Əmirliklərinə qədər olan beynəlxalq sular üzərində uçub.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) ötən həftə Fars körfəzində "USS Santa Barbara" sahil zonası döyüş gəmisi və "A-10 Thunderbolt II" hücum təyyarəsinin iştirakı ilə təlimlər keçirdiyini bəyan edib.
Qurumdan qeyd olunub ki, bu manevrlər yerüstü artilleriya sahəsində ixtisasın artırılması üçün real hazırlığı təmin edib, həmçinin regionda birgə hərbi hava və dəniz inteqrasiyasını, döyüş hazırlığını və çəkindirmə imkanlarını gücləndirib.
Hüseyn İbadlı
-
Sağlamlıq09:38Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq
-
Hadisə08:59Xəzər dənizində zəlzələ oldu
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu





































