İdman
Mbappenin anası "Real"dan maaş alırmış: 10 futbolçudan çox qazanır - Fotofakt
"Real"ın ulduzu Kilian Mbappenin anası və eyni zamanda onun agenti funksiyasını yerinə yetirən Fayza Lamari “Real”dan ildə 4,5 milyon avro maaş alır.
Publika.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Təbii ki, bu məbləğ ayrıca ödəniş deyil, oğlunun gəlirinin bir hissəsidir. Transfer zamanı tərəflər 30 faiz pay üzərində razılığa gəliblər.
Məlumata əsasən, “kral klubu”nun heyətində maaşı Lamaridən az olan 10 futbolçu var.
Qeyd edək ki, maaşın müəyyən hissəsinin agentə ödənilməsi futbolda geniş yayılmış praktikadır. Konkret faizi isə birbaşa futbolçunun özü müəyyənləşdirir.
Kilian Mbappenin öz maaşı isə mövsümə görə 15 milyon avro xalis gəlir və əlavə olaraq 19,4 milyon avro bonus təşkil edir.
Heybət


-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var

































