İdman
Ermənilərin təxribatı baş tutmayacaq: Azərbaycanın etirazı təmin edildi
Ermənistanlı fiqurlu konkisürənlər Karina Akopova və Nikita Raxmaninov 2026-cı il Qış Olimpiya Oyunlarında İtaliyada Ara Qevorkyanın "Artsax" əsəri ilə çıxış edə bilməyəcəklər.
Publika.az xəbər verir ki, kompozisiya başqa ad altında - "Ara Gevorkyanın musiqisi" kimi təqdim olunacaq. Bu qərarı Beynəlxalq Konkisürmə İttifaqı (ISU) verib.
Azərbaycan Milli Olimpiya Komitəsi bu musiqidən istifadə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə etiraz edib. Əsərdə siyasi və separatçı məzmun olduğu bildirilirb. Məsələ ISU rəhbərliyi tərəfindən nəzərdən keçirildikdən sonra həll olunub.
ISU-nun 2025–2026 mövsümü üçün dərc etdiyi musiqi reyestrinə əsasən, cütlüklərin qısa proqramı bölməsində musiqi artıq "Artsax" deyil, "Music by Ara Gervorkian" kimi göstərilir".
Akopova və Raxmaninov cütlüklərin qısa proqramında fevralın 15-də çıxış edəcəklər, sərbəst proqram isə fevralın 16-na planlaşdırılıb.
Heybət
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu














.jpg)


















