İdman
Mbappe hakimləri təhqir etdi - Foto
“Real”ın ulduzu Kilian Mbappe İspaniya La Liqasının “Valensiya”ya qarşı səfər matçında hakimlərin işindən ciddi narazı qalıb.
Publika.az xəbər verir ki, DAZN kameraları ulduz hücumçunun hakimlərə dediklərini qeydə alıb.
“Orada ofsayd necə ola bilər? Mənə izah lazımdır”, – deyə Mbappe dördüncü hakimə müraciət edib.
“Videoda bir qədər mübahisəli görünür. Üzr istəyirəm, bunu daxildə müzakirə edərik”, – dördüncü hakim cavab verib.
“Yaxşı, gəlin paltardəyişmə tunelinə keçək və mənə izah edin, çünki mən başa düşmürəm”, – deyə Mbappe bildirib.
Fasilədə futbolçu epizodla bağlı yenidən izah istəsə də, hakim tərəfindən cavabsız qalıb. “Siz deyirsiniz ki, müzakirə edəcəyik, amma heç üzümə də baxmırsınız. Deyirdiniz ki, içəridə danışacağıq. Mən buradayam, amma siz danışmırsınız”, – Mbappe hakimin ünvanına söyləyib.
Dördüncü hakim fasilə zamanı da Mbappenin sözlərinə məhəl qoymayıb. Bundan sonra hücumçu Eduardo Kamavinqaya tərəf dönərək fransızca “Klounlar!” deyib.
Qeyd edək ki, “Real” səfərdə “Valensiya”nı 2:0 hesabı ilə məğlub edib.
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Digər3 Aprel 18:50Günəşdə güclü partlayış baş verdi
-
Sosial3 Aprel 18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
































