İdman
"Transfermakt" açıqladı: Nəriman Azərbaycan futbolunun tarixinə düşdü
"Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin ABŞ-ın "Kolumbus Kryu" klubuna transferi Azərbaycan futbolunun tarixinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb.
21 yaşlı hücumçu Azərbaycan milli komandasının formasını geyinənlər arasında ən çox ödəniş edilmiş oyunçudur. İddiaya görə, MLS təmsilçisi 21 yaşlı yığma üzvünə görə 2,5 milyon avrosundan keçib.
Axundzadə 2016-2017-ci illərdə millidə 2 matça çıxan Türkiyə əsilli Dəniz Yılmazı geridə qoyub. "Trabzonspor" 2014-cü ildə Deniz üçün "Elazığspor"a 1.8 milyon avro ödəyib.
"Üçlüy"ü "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda qapayır. "Köhlən atlar" 2012-ci ildə "Santo Andre"dən transfer edilən braziliyalı futbolçuya görə 1,28 milyon avrodan keçiblər.
Dördüncü sırada 1997-ci ildə yığmada debüt etmiş Narvik Şırxayev qərarlaşıb. 2001-ci ildə Rusiya "Lokomotiv"i oyunçu üçün "Anji"yə 1 milyon avro ödəniş edib.
Azərbaycan millisinin hazırkı qapıçısı Şahruddin Məhəmmədəliyev beşincidir. "Adana Demirspor" qolkiperi 2023-cü ildə 900 min avro qarşılığında heyətinə qatıb.
Ramil Şeydayev 2023-cü ildə "Buriram Yunayted"dən "Kocaelispor"a 800 min avroya, Vəli Qasımov 1992-ci ildə Moskva "Dinamo"sundan "Betis"ə 600 min avroya, Anton Krivotsyuk 2022-ci ildə "Visla Plok"dan "Daejeon Hana" klununa 600 min avroya, Musa Qurbanlı 2023-cü ildə "Qarabağ"dan "Dyuqarden"ə 500 min avroya keçib.
Heybət

-
Region12:48Mənə ölkəni tərk etmək üçün təyyarə verdilər: Saakaşvili məhkəmədə elə şeylər dedi ki...
-
İdman11:47Ulduz futbolçunun cazibədar həyat yoldaşı: Həmin səfərdən ona görə narazı qalmışdı - FOTOLAR
-
Region11:16Kadırov “dirilən” oğlu ilə şam yeməyində - Foto
-
Rəsmi xronika11:06Vensin Bakıya səfəri, Prezidentlə görüşü - Video
-
İdman10:58"Transfermakt" açıqladı: Nəriman Azərbaycan futbolunun tarixinə düşdü
-
Maraq dünyası10:484 bürcə pul axını olacaq
-
Köşə09:48Səni öldürə bilmədik, Nəriman
-
Magazin109:00"Boşananları 50 min dollar cərimələsinlər" - VİDEO









.webp)


.jpg)




.jpg)



















