İdman
Dünən işsiz qaldı, bu gün nəhənglərin hədəfinə düşdü
“Marsel”in sabiq baş məşqçisi Roberto De Zerbi İngiltərənin aparıcı klublarından birinə rəhbərlik edə bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 46 yaşlı italiyalı mütəxəssis Premyer Liqaya qayıtmaqda maraqlıdır. Onun namizədliyinə Pep Qvardiolanın ayrıla biləcəyi “Mançester Siti” və mövsümün sonuna qədər komandaya Maykl Kerrikin rəhbərlik etdiyi “Mançester Yunayted” baxır.
Fevralın 11-də De Zerbinin gedişini 2024-cü ildən çalışdırdığı “Marsel” rəsmən açıqlayıb. Fevralın 8-də komanda Liqa 1-in 21-ci turunda PSJ-yə 0:5 hesabı ilə ağır məğlub olub. Provans təmsilçisi eyni zamanda Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib.
De Zerbi daha əvvəl “Brayton”, “Şaxtyor”, “Sassuolo”, “Benevento” və “Palermo” klublarını çalışdırıb.
Heybət
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
































