İdman
"Zirə" millimizin üzvünün transferində qaydaları pozub? - PFL-dən açıqlama
Fevralın 12-də Azərbaycan futbolunda reallaşan transferlərdən biri müzakirəyə səbəb olub.
Publika.az xəbər verir ki, söhbət milli komandanın yarımmüdafiəçisi Anatoli Nuriyevin "Zirə"yə transfer olunmasından gedir. "Qartallar" transfer pəncərəsi bağlansa da, 29 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzaladıqlarını açıqlayıb.
Bundan sonra sosial şəbəkələrdə bu transfer barədə müzakirələr başlayıb. Səbəb isə "Sabah"ın Nuriyevin ayrılıq xəbərini elə həmin gün paylaşması idi. Transfer pəncərəsi bağlandığından (red - qış transfer dövründə son gün 10 fevral olub) sonra bu keçidin qaydalara uyğun reallaşmadığı iddia olunurdu. Bəs həqiqət necədir?
Bu sualı Azərbaycan Premyer Liqasının təşkilatçısı Peşəkar Futbol Liqasına (PFL) ünvanladıq. Çünki klublar transfer etdikləri futbolçulardan yararlanmaq üçün sözügedən quruma sifariş etməlidirlər. PFL-in Media və marketinq direktoru Sənan Abdullayev Publika.az-a açıqlamasında transferin reallaşmasında heç bir problemin olmadığını bildirib:

“Əsasnamədə yazılıb ki, futbolçuların qeydiyyatı və sifarişi iki rəsmi transfer dövründə həyata keçirilir: yay transfer dövrü 19.06.2025 – 10.09.2025, saat 23:59; qış transfer dövrü 14.01.2026 – 10.02.2026, saat 23:59 tarixlərini əhatə edir. Rəsmi transfer dövrləri xaricində klublar azad agent statusuna malik peşəkar oyunçuları (ancaq transfer dövrü bitəndən sonra adı protokola salınmayan oyunçuları) 31 mart 2026-ci il tarixinədək sifariş edə bilərlər.
Bildiririk ki, futbolçu ilə “Sabah” klubu arasında müqaviləyə 9 fevral 2026-cı il tarixində qarşılıqlı razılıqla xitam verilib. Bundan sonra həmin tarixdə “Zirə” ilə futbolçu arasında müqavilə bağlanılıb. Əsasnamənin 17-ci bəndinə əsasən qeydiyyat dövrü 10 fevral 2026-cı il saat 23:59-da bitir. Bundan başqa 31 mart 2026-cı il tarixi azad agent statusuna malik peşəkar oyunçular üçün son tarix müəyyən edilib. Bu halda oyunçunun “Zirə” ilə müqavilə bağlaması Əsasnaməyə uyğundur”.
Qeyd edək ki, PFL-in əsasnaməsinə əsasən klublar bundan sonra azad agent olan futbolçularla müqavilə imzalaya bilərlər. Bunun üçün isə son tarix 31 martdır.
Heybət
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu














.jpg)


















