İdman
Bernardo Silvanın gələcəyi - Qvardiola ona nə deyib?
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Bernardo Silvanın gələcəyi ilə bağlı hər hansı məlumata sahib olub-olmadığı ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, Qvardiola bu barədə cümə günü keçirilən mətbuat konfransında bildirib.
“Xeyr. Heç bir fikrim yoxdur. Düzünü desəm, ona dedim ki, qərar verəndə mənə bildir. Amma heç bir fikrim yoxdur”, – Pep deyib.
Bernardo Silvanın hazırkı müqaviləsi mövsümün sonuna qədər nəzərdətutulub. Portuqaliyalı oyunçu “Monako”dan transfer olunduqdan sonra 2017-ci ilin yayından bəri klubdadır. O, “Siti”də 442 oyun keçirib, 74 qol vurub və 78 məhsuldar ötürmə edib.
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video


































