İdman
"Qəbələ" "Sabah"la oyunda yaşananlara görə etiraz etdi - Video
"Qəbələ" klubu Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qəbələ” - “Sabah” oyunundakı (0:1) mübahisəli hakim qərarı ilə bağlı açıqlama və video yayıb.
Publika.az xəbər verir ki, bölgə təmsilçisi fevralın 16-da keçirilən matçda yaşanan qalmaqala görə narazılığını bildirib:
“Qəbələ” - “Sabah” oyununun 87-ci dəqiqəsində top cərimə meydançasında “Sabah” komandasının iki futbolçusunun əlinə dəysə də, VAR epizoda təxminən 10 dəqiqəyə yaxın (!) baxdıqdan sonra baş hakimi (Rauf Cabarov - red.) monitora dəvət etdi. Hesab edirik ki, “Qəbələ”nin qaydalar çərçivəsində vurulmuş qolu hesaba alınmadı və komandamız ən azı 1 xaldan məhrum oldu. Bu, cari mövsümdə ikinci belə hal idi.
Buna qədər Azərbaycan Premyer Liqasının 8-ci turunun “İmişli” - “Qəbələ” (2:2) oyununda baş hakim İnqilab Məmmədov 59-cu dəqiqədə hesab 2:0 komandamızın xeyrinə olarkən, Ronaldo de Souzaya əllə oyuna görə ikinci sarı vərəqəni göstərmədi. Daha sonra Ronaldo de Souza rəqib komandanın qollarından birinin müəllifi oldu. AFFA Hakimlər Komitəsi baş hakimin səhvə yol verdiyini etiraf etdi. Bu isə artıq “Qəbələ”nin cari mövsümdə 3 xalının əlindən alınması deməkdir.
Rauf Cabarova gəlincə, 17-ci turda “Sabah” - “Karvan Yevlax” oyununda onun gözləri qarşısında top hücumda olan oyunçunun əlinə dəysə də, davam işarəsi verdi. Hücumun davamında isə digər futbolçunun vurduğu qol hesaba alınır. Oxşar epizod, fərq ondadır ki, bu dəfə Rauf Cabarov “Qəbələ”nin qolunu qeydə almır.
Ümid edirik ki, AFFA Hakimlər Komitəsi məsələyə obyektiv qiymət verəcək".
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
-
Rəsmi xronika29 Aprel 16:55İlham Əliyev üç fərman imzaladı
-
İqtisadi gündəm29 Aprel 16:50BƏƏ OPEC-dən niyə çıxdığını açıqladı - Böyük neft müharibəsi başlayır?














.jpg)
.jpg)




















