İdman
Tahir Gözəl açıqladı - “Qarabağ”ın büdcəsi artırılır
“Avropa klubları ilə müqayisədə bizim büdcəmiz çox azdır. Amma bununla belə biz, Avropanın 24 ən yaxşı komandasından biriyik. Bunun üçün şükür edirik”.
Publika.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
“Son zamanlar Şamaxıda, Qubada çox çətin oyunlarımız oldu. Amma buna baxmayaraq komandamız bu oyuna yaxşı hazırlaşdı. Qurban Qurbanovun açıqlamasında bunu gördüm. Bizi “Nyukasl”la çətin oyun gözləyir. Rəqibin büdcəsi bizdən qat-qat çoxdur. Buna rəğmən xalqımızı sevindirmək üçün komanda əlindən gələni edəcək. Bütün uğurlarımızın memarı Qurban Qurbanovdur, ona inanırıq”, - klubun prezidenti deyib.
O, yeni mövsümdən “Qarabağ”ın büdcəsinin artırılacağını bildirib:
“Bəli, büdcəmiz artacaq. Çempionlar Liqasındakı gəlirlər fonunda bununla bağlı müzakirələrimiz olacaq və qərar verəcəyik. Bu istiqamətdə çalışmalar davam edir. Komanda və klub olaraq hərtərəfli inkişaf etmək istəyirik. Oyun keyfiyyətimizi necə artıra bilərik, bunu da düşünəcəyik. Tək hücuma deyil, hər mövqeyə oyunçu axtarırıq”.
Heybət Məmmədov
-
Magazin100:30"Efirdə səviyyə o qədər aşağı düşüb ki, utanıram getməyə"
-
Qoroskop00:10Günün ulduz falı - Səmimiyyət ən böyük silahınız olacaq
-
Dünya5 Mart 23:12Bu ölkədə qırıcı təyyarə yoxa çıxdı
-
Magazin15 Mart 21:50Tolikin yeni layihəsi bəlli oldu
-
İnanc5 Mart 21:45Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı
-
Sosial5 Mart 21:00Qapısı açıq evlərə girmək istəyirmiş - Video
-
ABŞ5 Mart 20:36İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
-
MDB5 Mart 20:25Tokayev Naxçıvana edilən dron hücumunu pislədi










.jpg)

















.jpg)



.jpg)






