"Nyukasl" Bakıda son məşqinə çıxdı
Bizi izləyin

İdman

"Nyukasl" Bakıda son məşqinə çıxdı

İngiltərənin "Nyukasl" klubu Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi son məşqinə çıxıb.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Futbolçular bu müddət ərzində isinmə hərəkətləri etdikdən sonra müxtəlif təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm