Region
İran nüvə məsələsində geri çəkilir? - Yeni planda Rusiyanın da adı var
İran hakimiyyəti uranın zənginləşdirilməsini dayandırmağa, həmçinin ehtiyatlarının bir hissəsini xaricə çıxarmağa hazır olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti diplomatik mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, iranlı rəsmilər regional tərəfdaşları ilə söhbətlərində uranın zənginləşdirilməsindən üç ilə qədər müddətə imtina etməyə hazır olduqlarını bildiriblər. Bundan əlavə, Tehran zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini "Rusiya kimi üçüncü tərəfə" təhvil vermək imkanını da istisna etməyib.
Fevralın 16-da İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ-ın aparıcı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşündə İranı uranı zənginləşdirmək üçün hər hansı bir imkandan məhrum etməyə çağırıb.
Fevralın 14-də isə "Axios" portalı amerikalı rəsmilərə istinadən yazmışdı ki, Amerika Birləşmiş Ştatları İran neftinə təzyiqi artırmaq yolu ilə İranla saziş bağlamağı planlaşdırır.
Hüseyn İbadlı
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO




































