İdman
"Qarabağ" "Nyukasl"a böyük hesabla uduzdu - Video/Yeniləndi
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Publika.az xəbər verir ki, İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1:6 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-pen, 34, 45+1-pen), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar. Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.
Cavab qarşılaşması fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.
***
Remsi 72-ci dəqiqədə qonaqların 6-cı qolunu vurdu: 1-6.
***
Elvin Cəfərquliyev 54-cü dəqiqədə "Qarabağ"ın ilk qoluna imza atdı: 1-5.
***
Qordon görüşün 45-ci dəqiqəsində penaltidən özünün dördüncü, komandasının beşinci qoluna imza atdı: 0-5.
***
Qordon özünün üçüncü, komandasının dördüncü qolunu vurdu: 0-4.
***
32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dublunu rəsmləşdirir - 0:3
***
Qarşılaşmanın 9-cu dəqiqəsində Tşau ikinci qola imza atdı: 0-2.
***
Matçın 2-ci dəqiqəsində Qordon qonaqları hesabda önə keçirdi: 0-1.
***
"Qarabağ" - "Nyukasl" qarşılaşması start götürdü.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Nyukasl" kollektivlərinin start heyətləri bəlli olub.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Nyukasl": Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper, Co Uillok, Nik Voltemade,
Qeyd edək ki, görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
































