İdman
Elvin darmadağının səbəbini açıqladı: Bəlkə də buna görə belə oldu
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la ilk oyunundan (1:6) sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı təəssüratlarını bölüşüb:
- Məğlubiyyət barədə çox danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Rəqibin ustalığı və futbolçuların keyfiyyəti bir daha göstərdi ki, Çempionlar Liqası necə yüksək səviyyəli turnirdir. Birinci hissədə həddindən artıq səhvlər etdik. Müdafiədə daha yaxşı, kompakt və sadə oynaya bilərdik ki, qapımızda bu qədər qol görməyək. Amma ikinci hissədə toparlanmağa çalışdıq. Komanda psixoloji baxımdan çətin vəziyyətdə idi, səhvlər ard-arda gəldi. Bu futboldur, belə hallar olur. İkinci hissədə komanda yoldaşlarımızla danışdıq ki, özümüzə gəlməliyik. Bu cür davam etmək olmazdı. Həmin hissədə fərqlənmək və irəli atılmaq istəyirdik. Stadiona gələn azarkeşlərimizə dəstəyə görə minnətdaram.
- Hakimliklə bağlı nə deyə bilərsən? Penalti epizodu müzakirələrə səbəb oldu...
- Hakimlərlə bağlı danışmaq istəmirəm. Düşünürəm ki, o qədər də haqsızlıq olmadı.
- "Qarabağ" "Nyukasl" səviyyəsində komandalarla daha əvvəl də oynayıb. Yəqin razılaşarsan ki, ilk hissədəki kimi heç vaxt oynamayıb. Komandada nə baş vermişdi?
- Psixoloji cəhətdən çox rahat idik. Bəlkə də buna görə belə oldu. Daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq. Yenə də Azərbaycan bu səviyyədə oyun görməmişdi. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gəlib çıxmışıq. Azarkeşlər bizdən qələbə gözləyirdi, bu da başadüşüləndir. Növbəti oyunlarda onları sevindirəcəyik.
- "İmişli" və "Şamaxı" oyunların bu matça təsiri oldu?
- Bu görüşə qədər vaxtımız çox olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Quba stadionunda keçirilən oyunlarda futbolçular fiziki baxımdan çox yükləndi. Hazırda sıx qrafiklə çıxış edirik. Fasilə olsaydı, bu oyuna daha yaxşı hazırlaşardıq. Heç bir oyunun təxirə salınmasını istəmirik. Əslində 3-4 gündən bir oyun keçirmək tempimizi qorumaq üçün yaxşıdır. Buna öyrəşməliyik. Stadionlarla bağlı problemlərimiz var və bu da öz təsirini göstərir.
- "Neftçi" ilə oyun əvəzinə "İmişli" ilə matç təxirə salınsaydı, sizin üçün daha yaxşı olardı?
- İstəməzdik hansısa oyun təxirə salınsın. Əslində 3-4 gündən bir oynamağımız daha yaxşıdı ki, yüksək tempə öyrəşirik. Görürsünüz, İngiltərə və Avropa klubları 3-4 gün fərqlə oyunlara çıxırlar. Belə vəziyyət öyrəşmək lazımdır. Amma stadion, ot örtüyü baxımından bəzi problemlərimiz var. Biz futbolçular çox yüklənirik. Bu öz təsirini göstərir.
- Məğlubiyyətə rəğmən, qol vurmaqla uğura imza atdın...
- Pley-off mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olduğum üçün çox qürurluyam. Kaş ki, qələbə olsaydı, o zaman sevincim daha böyük olardı. Amma bu nəticə ilə də özüm üçün müəyyən sevinc yaşayıram. Səfərdə bizi burdakından üçqat çətin oyun gözləyir – həm azarkeş, həm oyun, həm də yol baxımından. İlk növbədə psixoloji cəhətdən toparlanmalı, sonra isə bərpamızı sürətləndirməliyik. Ən azı həmin oyunda yaxşı oyun göstərməyə çalışacağıq.
- Son günlər haqqında transfer iddiaları yayılır. Bunlar doğrudur?
- Transfer məsələsi ilə bağlı danışmaq istəmirəm. Hazırda “Qarabağ”dayam və burada xoşbəxtəm. Mənim üçün hər şey yaxşıdır. Nəsə yenilik olsa, hamı biləcək.
Heybət
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
































