İdman
"Qarabağ"a 4 qol vurdu, rekordları alt-üst etdi
"Nyukasl"ın hücumçusu Entoni Qordon UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsində "Qarabağ"a qarşı keçirilən ilk oyunda klub tarixinin üç bombardir rekordunu birdən yeniləyib.
Publika.az xəbər verir ki, Qordon ilk hissədə poker edərək bir neçə tarixi nailiyyətə imza atıb. O, Çempionlar Liqasında vurduğu qolların sayını 15-ə çatdıraraq "sağsağanlar"ın turnir tarixində ən yaxşı bombardiri olub. Bundan əlavə, bu mövsüm vurduğu qolların sayını 10-a yüksəldən hücumçu klub tarixində bir Çempionlar Liqası mövsümündə ən çox qol vuran futbolçuya çevrilib. Onun oyunda vurduğu ilk qol isə matçın 122-ci saniyəsində qeydə alınıb və bu, klubun turnirdəki ən sürətli qolu kimi tarixə düşüb.
Qordon həmçinin Çempionlar Liqası tarixində bir matçın ilk hissəsində dörd qol vuran ikinci futbolçu olub. Ondan əvvəl bu nailiyyətə yalnız Luis Adriano imza atıb. Braziliyalı hücumçu 2014-cü ilin oktyabrında "Şaxtyor Donetsk"in heyətində BATE-yə qarşı oyunda bunu bacarıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş İngiltərə təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü fevralın 24-də İngiltərədə, "Sent‑Ceyms Park" stadionunda baş tutacaq.
Heybət
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın




































