İdman
Dünyanın ən seksual qadın futbolçusu 130 minlik "oyuncağ"ını nümayiş etdirdi - VİDEO
Dünyanın ən seksual qadın futbolçusu, İsveçrə millisinin vingeri Alişa Lehmann təxminən 130 min funt sterlinq dəyərində olan yenilənmiş "Mercedes-Benz Coupe AMG" avtomobilini nümayiş etdirib.
Publika.az xəbər verir ki, qışda "Komo" klubundan "Lester Siti"yə transfer olunduqdan sonra futbolçunun həyat tərzi dəyişməyib. Avtomobil parlaq ağ rəngdən aqressiv mat qara rəngə çevrilib. Tüninq işləri İsveçrənin "Swissfoil" şirkəti tərəfindən həyata keçirilib. Sosial şəbəkələrdə isə avtomobil artıq "Betmobil" adlandırılıb.
Lehmann sosial şəbəkədə paylaşdığı videoda avtomobili nümayiş etdirib və ulduz emojiləri ilə ustalara təşəkkür edib. Ehtimal olunur ki, bu, o, payızda "Prime" içkisinin reklam kampaniyası zamanı ağ dəri salonlu halda nümayiş etdirdiyi həmin "Mercedes-Benz" avtomobilidir.
Əgər bu model V8 mühərrikli versiyadırsa, söhbət "AMG Coupe"nin ən yüksək komplektasiyasından gedir. Britaniya mediasının məlumatına görə, avtomobilin kuzovunun tam örtülməsi təxminən 6 min funt sterlinqə başa gəlib.
Xatırladaq ki, İsveçrə ulduzunun avtomobil kolleksiyasında "Lamborghini Urus", "Mercedes-Benz G-Class" və digər lüks modellər də var. O, bu avtomobilləri sosial şəbəkədəki təxminən 16 milyon izləyicisi ilə mütəmadi bölüşür.
View this post on Instagram
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
Hadisə08:30Xəzərdə zəlzələ oldu












































