Ronaldo iki gün oruc tutubmuş...
Bizi izləyin

İdman

Ronaldo iki gün oruc tutubmuş...

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun keçmiş oyunçusu Şayya Şarahili, komandanın futbolçusu Kriştian Ronaldunun Ramazan ayında müsəlman oyunçularla birlikdə oruc tutmağa çalışdığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı "Thmanyah Sports" sosial şəbəkələrdə paylaşıb.

"Ötən il Kriştianu Ronaldu Ramazan ayı ərzində 'Əl-Nəsr'in müsəlman oyunçuları ilə birlikdə oruc tutmağı sınaqdan keçirdi. O, müsəlmanların oruc zamanı nələr hiss etdiyini anlamaq üçün iki gün oruc tutdu", — deyə Şarahili qeyd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm