“Bavariya” öz meydanında “Ayntraxt Frankfurt”a qalib gədi
Bizi izləyin

İdman

“Bavariya” öz meydanında “Ayntraxt Frankfurt”a qalib gədi

Münxenin “Bavariya” klubu Bundesliqanın 23-cü turunda öz meydanında “Ayntraxt Frankfurt”u qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə ev sahibləri 3:2 hesabı ilə qələbə qazanıblar. “Bavariya”nın heyətində Aleksandar Pavloviç (16) və Harri Keyn (20, 68) fərqləniblər.

Günün digər görüşlərində “Volfsburq” doğma meydanda “Auqsburq”a uduzub – 2:3. “Union Berlin” paytaxtda “Bayer Leverkuzen”ə minimal hesabla qalib gəlib – 1:0. “Hoffenhaym” səfərdə “Köln” ilə heç-heçə edib – 2:2.

Günün sonuncu görüşündə “Borussiya Dortmund” səfərdə “Leyptsiq” ilə qarşılaşacaq. Bundesliqanın 23-cü turuna bazar günü keçiriləcək “Frayburq” – “Borussiya Mönxenqladbax”, “St. Pauli” – “Verder Bremen” və “Haydenhaym” – “Ştutqart” görüşləri ilə yekun vurulacaq.

Bu turun açılış matçında “Maynts” öz meydanında “Hamburq” ilə heç-heçə edib – 1:1.

İyirmi üç turdan sonra Bundesliqaya 60 xalla “Bavariya” liderlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm