İdman
20 il sonra tarixi rekord qırıldı
Kanada yığmasının oyunçusu Konnor MakDevid NHL dövründə Qış Olimpiya Oyunlarında toplanan xalların sayına görə yeni rekord müəyyənləşdirib.
Publika.az xəbər veirr ki, bu barədə Milli Hokkey Liqası məlumat yayıb.
Tarixi hadisə Finlandiya yığmasına qarşı keçirilən yarımfinal matçında baş verib. Sidni Krosbinin yoxluğunda kapitan funksiyasını yerinə yetirən MakDevid ikinci hissədə “Florida”nın hücumçusu Sem Raynharta məhsuldar ötürmə verib.
Əsas vaxtın son dəqiqəsində isə o, həlledici qolun həmmüəlliflərindən biri olub. Final fitinə 35 saniyə qalmış Natan MakKinnon MakDevid və Maklin Selebrininin ötürmələrindən sonra say üstünlüyünü qola çevirib.
Beləliklə, “Edmonton”un ulduz hokkeyçisi turnirdə 12-ci və 13-cü məhsuldar xalı ilə yadda qalıb və 2006-cı ildə Turində keçirilmiş Olimpiadada finlandiyalı hokkeyçi Teemu Selanne tərəfindən müəyyən edilmiş 11 xal rekordunu geridə qoyub.
Xatırladaq ki, 2026-cı il fevralın 20-də keçirilən yarımfinal matçında Kanada yığması Finlandiyaya 3:2 hesabı ilə qalib gələrək turnirin finalına vəsiqə qazanıb.
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın



































