İdman
“Real”ın ulduzu İngiltərə nəhənginə keçir?
“Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər.
Publika.az xəbər verir ki, “TEAMtalk”ın məlumatına görə, “Mançester Yunayted” fransız futbolçunu transfer etməkdə maraqlıdır. “Qırmızı şeytanlar” yarımmüdafiəçini bu yay klubdan ayrılacaq Kazemironun əvəzedicisi kimi nəzərdən keçirir. “Real Madrid” oyunçusunu satmağa hazırdır.
“Los Blancos” Kamavinqanın satışı üçün 75 milyon avrodan çox tələb edir. Eduardo Kamavinqa 2021-ci ildə “Renn”dən 31 milyon avroya “Real Madrid”ə keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Yarımmüdafiəçi bu mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 28 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu














.jpg)


















