İdman
FİFA DÇ-2026-nın pley-off oyunları ilə bağlı hansı qərarı verəcək?
FİFA 2026-cı il dünya çempionatına vəsiqə verən qitələrarası pley-off oyunlarını Meksikadan başqa ölkəyə köçürə bilər.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.
Oyunların mart ayının sonuna planlaşdırıldığı bildirilir. Adı açıqlanmayan FIFA nümayəndəsi bildirib ki, Meksikadakı xaotik hadisələr fonunda təşkilatda narahatlıq var. O, həmçinin xəbərdarlıq edib ki, bütün iştirakçıların və maraqlı tərəflərin təhlükəsizliyinə tez bir zəmanət verilməzsə, pley-off matçları başqa yerə köçürülə bilər.
Mənbə oyunların məhz Meksikada keçiriləcəyini birbaşa təsdiqləməyib və FİFA-nın hipotetik fərziyyələr və şayiələrə şərh verməyəcəyini qeyd edib.
“FİFA vəziyyəti diqqətlə izləyir və hakimiyyət orqanları ilə daimi əlaqə saxlayır. Biz ictimai təhlükəsizliyin təmin edilməsi və vəziyyətin normallaşdırılması üçün dövlət qurumlarının göstərişlərinə uyğun hərəkət etməyə davam edəcəyik və federal, regional və yerli hakimiyyətlə sıx əməkdaşlığımızı təsdiqləyirik”, – deyə qurumun nümayəndəsi bildirib.
Qitələrarası pley-off mərhələsində 6 komanda iştirak edəcək. Yeni Kaledoniya və Yamayka martın 26-da qarşılaşacaq, qalib isə martın 31-də Konqo Demokratik Respublikası ilə oynayacaq. Digər qrupda isə Boliviya və Surinam üz-üzə gələcək, qalib isə İraq yığması ilə qarşılaşacaq.
Yeni Kaledoniya, Yamayka və Konqo DR komandalarının oyunları Sapopanda, Boliviya, Surinam və İraq yığmalarının matçları isə Qvadalaxarada keçirilməlidir.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında ilk dəfə 48 milli komanda iştirak edəcək. Turnir ABŞ, Kanada və Meksikadə keçiriləcək. Açılış oyunu iyunun 11-də Meksikada, final isə iyulun 19-da ABŞ-də baş tutacaq.
Heybət
-
Rəsmi xronika16:07Azərbaycanda yeni agentlik yaradıldı - Fərman
-
Sosial13:48Pensiya alanlara şad xəbər: Mart ayında...
-
Nida Xəbər 12:54Bu deputatlara yeni vəzifə verildi - ADLAR
-
Dünya12:24Rusiyanın hücumu başlayanda Bayden Zelenskiyə nə təklif edibmiş? - İlk dəfə açıqladı
-
Nida Xəbər 12:21Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu - SİYAHI
-
Dünya11:36Kardaşyanın heyranı olan “Dodaq kralı” növbəti əməliyyatdan sağ çıxmadı
-
ABŞ10:48Trampdan İrana son xəbərdarlıq: Tehran dağılacaq
-
Dünya10:12Moskvada polisə hücum: Ölənlər və yaralananlar var





















.jpg)
















