Mourinyodan "Real"la oyundan əvvəl boykot qərarı
Bizi izləyin

İdman

Mourinyodan "Real"la oyundan əvvəl boykot qərarı

"Benfika"nın baş məşqçisi Joze Mourinyu UEFA Çempionlar Liqasının cavab matçı öncəsi mətbuat konfransında iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə Portuqaliya klubu rəsmi açıqlama yayıb.

Mourinyu klub və komanda üzvlərinin qərarı ilə mətbuatla ünsiyyətdən kənar qalacaq. Onun yerinə sualları köməkçisi Joao Tralyao cavablandıracaq.

Qeyd edək ki, Joze ilk oyunda hakimlə münaqişə səbəbindən oyun meydançasından kənarlaşdırıldığından, Madriddə məşqçi korpusunda yer ala bilməyəcək. Maraqlıdır ki, bu, portuqaliyalı mütəxəssisin cari mövsümdə qaydaya uyğun mətbuat konfransını görməzdən gəldiyi 10-cu hal olacaq.

1/8 finala vəsiqə uğrunda həlledici pley-off oyunu çərşənbə günü “Santyago Bernabeu” stadionunda keçiriləcək. İlk qarşılaşma madridlilərin qələbəsi (1:0) ilə başa çatsa da, oyun ikinci hisssədə yaranan böyük qalmaqalla yadda qalıb. Vinisius Junior Lissabon klubunun futbolçusu Cianluka Prestiannini irqçi təhqirlərdə ittiham edib. UEFA da argentinalı vingeri avrokubok yarışlarından müvəqqəti uzaqlaşdırıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm