“Qarabağ” “Nyukasl” rəhbərliyinin planlarını pozub?
Bizi izləyin

İdman

“Qarabağ” “Nyukasl” rəhbərliyinin planlarını pozub?

“Nyukasl”ın baş məşqçisi Eddi Haunun istefaya göndərilmə planı baş tutmayıb.

Publika.az xəbər verir ki, buna səbəb isə komandanın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”ı 6:1 hesabı ilə məğlub etməsi olub. Azərbaycan çempionu üzərində inamlı qalibiyyət İngiltərə klubunun rəhbərliyinin planlarını dəyişib. Bu barədə sözügedən ölkənin KİV-ləri məlumat yayıb.

Komandanın Premyer Liqadakı nəticələri 48 yaşlı məşqçinin istefasını yaxınlaşdırırdı. Lakin Bakıda qazanılan qələbə “Nyukasl”ın 1/8 final mərhələsinə yüksəlmə ehtimalını xeyli artırıb. Buna görə də Haunun daha bir müddət komandada qalmasına qərar verilib.

Lakin rəhbərlik uğursuz nəticələr davam edəcəyi təqdirdə mövsüm bitməmiş baş məşqçi dəyişikliyi etməkdən çəkinməyəcək. Hazırda alternativ namizədlərlə danışıqlar aparılır.

Qeyd edək ki, bu gün “Sent Ceyms Park”da keçiriləcək “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm