İdman
"Fənərbaxça"da zədə böhranı yaşanır
"Fənərbaxça"da "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçədən sonra zədə böhranı yaşanır.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qarşılaşmanın ilk hissəsində Çağlar Söyüncü və Jayden Osteruolde zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıblar.
Anderson Taliska və qapıçı Ederson görüşü tamamlasalar da, oyunun sonunda hər iki futbolçunun ciddi ağrılarının olduğu müəyyənləşib.
Məlumata görə, Çağlar Söyüncünün 2-3 həftə, Jayden Osteruolde, Ederson Moraes və Anderson Taliskanın isə təxminən 3 həftə meydanlardan kənarda qalacağı gözlənilir. Heyətdəki digər zədəlilərdən Milan Şkriniarın 4, Edson Alvaresin isə təxminən 6 həftəyə heyətə qayıdacağı bildirilir.
Qeyd edək ki, Şkriniar, Osteruolde, Ederson, Taliska və Çağlar milli komandaların oyunları ilə bağlı yaranacaq fasiləyə qədər keçiriləcək 6 matçı buraxmalı olacaqlar. Edson Alvaresin isə "Beşiktaş" və ya "Kayserispor"la oyunlara qədər sağalması proqnozlaşdırılır.
-
Hadisə20:48Gəncədə çərşənbə axşamında bədbəxt hadisə
-
Sağlamlıq20:24Müharibəyə gedən əsgərlər istifadə edirmiş - Faydası saymaqlq bitmir
-
İnanc20:12Ramazanın 7-ci günü: dua, imsak və iftar vaxtı
-
Magazin119:00“Bir neçə sayta deyib ki, Lətifədən yazmayın” - Foto
-
Rəsmi xronika16:07Azərbaycanda yeni agentlik yaradıldı - Fərman
-
Sosial13:48Pensiya alanlara şad xəbər: Mart ayında...
-
Nida Xəbər 12:54Bu deputatlara yeni vəzifə verildi - ADLAR
-
Dünya12:24Rusiyanın hücumu başlayanda Bayden Zelenskiyə nə təklif edibmiş? - İlk dəfə açıqladı

































.jpg)
