İdman
"Qarabağ" futbolçularını yalnız bu halda sata bilər - Tanınmış menecer açıqladı
"Kobud səslənsə də, "bazar" olmalıdır. Alıcı olmalıdır ki, "satım, yoxsa satmayım" sualı ətrafında fikirləşəsən".
Bu sözləri Publika.az-a açıqlamasında tanınmış futbol meneceri Tural Əsgərov "Qarabağ"ın yaxın vaxtlarda futbolçu satma ehtimalını dəyərləndirərərkən deyib. Ağdam təmsilçisinin transfer fəaliyyətinə yaxın olan Əsgərov mövcud vəziyyətdə transfer pəncərəsi açıq olan ölkələrin klublarının (ABŞ və Asiya ölkələri) Azərbaycan çempionunun futbolçularına təklif göndərmə ehtimalı barədə danışıb.
O, maliyyə baxımından cəlbedici təklif olmayacağı halda "Qarabağ"ın oyunçularını satmayacağını düşünür:
"Bəzi ölkələrdə transfer pəncərəsi açıq olsa belə, satan tərəf "Qarabağ" olacaqsa, Ağdam klubu üçün "pəncərə" bağlıdır. Hansısa oyunçu satılsa, yaya kimi əvəzlənə bilməyəcək. Hesab edirəm ki, çox ciddi, "yox" deyilməyəcək pullar olmazsa, "Qarabağ" indi futbolçu satmamağa çalışacaq.
Bilirsiniz, indi çempionatda da vəziyyət gərgindir. Deyək ki, Kamilo Durana təklif gəldi. Onu necə satmaq olar? Komanda bir hücumçunun - Musa Qurbanlının ümidinə qalacaq. Bir neçə mövqedə ciddi rəqabət yoxdur, onu daha da azaltmaq düzgün olmayacaq. Ən azı yaya kimi "Qarabağ"dan hansı futbolçunun gedəcəyinə inanmıram".
Heybət
-
Rəsmi xronika15:23Prezident Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşdü - Fotolar/Yeniləndi
-
Nida Xəbər 14:28AMEA-nın rəsmi saytında paylaşılan alimin yazısı “ChatGPT” məhsulu çıxdı - FOTOLAR
-
Rəsmi xronika13:43İlham Əliyev fərman imzaladı
-
Nəqliyyat13:24Yeni qaydalar çox sərt olacaq - Bu hərəkətləri edənlər sürücülük vəsiqələrini itirəcəklər
-
Magazin113:08Tolikdən sonra Zaurun da verilişi DAYANDIRILIB? - Video
-
Magazin212:48Sarkozinin qızı soyundu, aləm qarışdı - Foto
-
Magazin111:42Tolik qərarını verdi: "Bu gün sizinlə vidalaşıram" - VİDEO
-
Nida Xəbər 10:54Toğrul Turabova yüksək vəzifə verildi - FOTO
































.jpg)





