İdman
FİFA və İFAB-dan yeni qadağa - “Vinisius qanunu”nu təsdiqləndi
FİFA və İFAB irqçiliklə mübarizəni gücləndirmək və “Vinisius qanunu”nu təsdiqləmək barədə razılığa gəlib.
Publika.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, bu qanun futbolçuların rəqibə müraciət edərkən ağzını bağlamasını qadağan edəcək.
Bu qərarın qəbuluna “Benfika”nın vingeri Cianluka Prestianni ilə “Real”ın ulduzu Vinisius Junior arasında Çempionlar Liqasının pley-off mərhələsində baş verən insident səbəb olub.
Fevralın 28-də keçirilən İFAB assambleyasında futbolçulara rəqiblə danışarkən ağzını köynək və ya hər hansı digər əşya, o cümlədən əllə örtmək qadağan edilməsi qərara alınıb. Bu təşəbbüsün ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına qədər təsdiqlənəcəyi gözlənilir.
Xatırladaq ki, Çempionlar Liqasının pley-off oyununda Prestianni ilə Vinisius arasında mübahisə yaşanıb. Epizodların birində Prestianni braziliyalı futbolçuya müraciət edərkən ağzını köynəyi ilə örtüb. Oyundan sonra onun Vinisiusu irqi zəmində təhqir etdiyi barədə iddialar yayılıb.
-
İdman22:51Boksçumuz beynəlxalq turnirdə finala yüksəldi
-
Magazin221:4867 yaşlı Madonna korset mini donda - 29 yaşlı nişanlısı ilə...
-
İdman21:24FİFA və İFAB-dan yeni qadağa - “Vinisius qanunu”nu təsdiqləndi
-
İnanc20:30Ramazanın 11-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin120:12Nüşabə Ələsgərli həyat yoldaşı ilə - Foto
-
Region19:36ABŞ ilk dəfə kamikaze dronlarından istifadə etdi
-
Region19:00Türkiyə 10 ölkəyə uçuşları dayandırdı
-
Region18:36SEPAH ABŞ-ın hərbi gəmisini raketlə vurdu
























.jpg)








.jpg)


.jpg)

