İdman
FİFA səhvini etiraf etdi
FİFA 2026-cı il dünya çempionatı zamanı anti-irqçilik fəaliyyətini yenidən aktivləşdirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, Bu qərar ötən il keçirilən klublararası dünya çempionatı zamanı bu cür təşəbbüslərin əhəmiyyətinin azaldılmasından sonra qəbul olunub. Bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, FİFA turnir zamanı stadionlarda “No Racism” (“İrqçiliyə yox”) kampaniyası çərçivəsində mesajlar yerləşdirməyi planlaşdırır. Həmçinin “Sülh naminə birləşək” və “Dünyanı birləşdirək” şüarları da təşviq olunacaq.
ABŞ-da keçirilən klublararası dünya çempionatı zamanı təşkilat “No Racism” və “No Discrimination” (“Diskriminasiyaya yox”) kampaniyalarını dəstəkləyən videoları, bannerləri və marketinq materiallarını aradan qaldırmışdı. Bunun əvəzinə “Football Unites the World” (“Futbol dünyanı birləşdirir”) şüarından istifadə olunmuşdu. Anti-irqçilik və anti-diskriminasiya mesajları yalnız bir dəfə – Beynəlxalq Nifrətə Qarşı Mübarizə Günündə nümayiş etdirilmişdi.
FİFA nümayəndələri bu yanaşmanın səhv olduğunu etiraf ediblər. Təşkilatda hesab edirlər ki, dünya çempionatından vacib sosial və maarifləndirici mesajların yayılması üçün istifadə etmək böyük əhəmiyyət daşıyır. Bu, futbolda və ümumilikdə cəmiyyətdə irqçilik və diskriminasiya problemləri ilə bağlı məlumatlılığın artırılmasına kömək edəcək.
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi





























.png)


.jpg)




