İdman
Ronaldo zəmanət aldı, gələcəyi ilə bağlı qərar verdi
Kriştiano Ronaldo bu yaxınlarda klub rəhbərliyindən narazılığını bildirərək “Əl-Nəsr”in bir neçə oyununu boykot etdi.
Bundan sonra portuqaliyalı ulduzun bu yay Səudiyyə Ərəbistanını tərk edə biləcəyi ilə bağlı şayiələr yayıldı.
Publika.az xəbər verir ki, 365Scores-in məlumatına görə, Ronaldo müqaviləsinin sonuna qədər, yəni 2027-ci ilin ortalarına qədər “Əl-Nəsr”də qalmaq qərarına gəlib.
Portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı investisiya fondunun nümayəndələrindən ən yaxşı futbolçuların transferi üçün zəmanət alıb.
Hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Nəsr” komandası liderlik edir və ikinci yerdə qərarlaşan “Əl-Əhli”dən iki xal, üçüncü yerdə qərarlaşan “Əl-Hilal”dan isə üç xal öndədir.
-
Region09:27Ermənistan saytı: Hər gün Gorus Tibb Mərkəzinə dişlənmiş adam gətirirlər - Foto
-
Avto08:36Maşın bazarında durğunluq: avtomobillərə maraq niyə azalıb? - VİDEO
-
Sosial08:12Boşanmaların 47 faizinin səbəbi bu imiş...
-
Magazin106:16"Nəvəmin adı "Məleykə" olsun istəyirəm"
-
Region00:15Hücumlar nəticəsində İranda ölənlərin sayı məlum oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI
-
Region18 Aprel 23:48"Mələy"in əri evə girən oğrunu silaha yaxaladı
-
Magazin118 Aprel 23:12Vado Korovinin qızının toyudur - VİDEO



































