İdman
Musa Qurbanlı: Hər kəs öz mədəniyyətini göstərir
"Maraqlı və gərgin oyun oldu. Bizim üçün qalib gəlmək çox vacib idi. 0:3 hesabı ilə geriyə düşdük, amma xarakter göstərdik, məğlub olmadıq. Belə maraqlı qarşılaşmalar ölkə çempionatında nə qədər çox olsa, yaxşıdır".
Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 22-ci turunda "Sabah"la heç-heçə etdikləri matçla (3:3) bağlı jurnalistlərə açıqlamasında deyib. Komandasını məğlubiyyətdən xilas edən azərbaycanlı forvard vurduğu qoldan danışıb:
"Komandama fayda verməyə çalışıram. Sonradan da meydana girsəm, hədəf dəyişmir. Hazırda gərgin qrafikimiz var. Üzərimdə işləməli olduğum məqamlar çoxdur. Meydanda nə qədər çox olsam, fayda verməyə çalışacağam".
Qurbanlı çempionluq şanslarını da dəyərləndirib:
"Qarşıda çox oyunumuz var. Hər oyun qələbə qazanmağa, xal itirməməyə çalışacağıq. Şans bitməyib, kifayət qədər var. Son matçadək çempion olmaq üçün vuruşacağıq".
23 yaşlı hücumçu görüşdə yaşanana insidentə və rəqib məşqçinin qeyri-etik jest etməsinə münasibət bildirib:
"Bu cür gərgin və maraqlı oyunda normaldır. Futbolçular, məşqçilər, texniki zonada əyləşənlər emosiyalarına hakim ola bilmirlər. Belə halların yaşanması anlaşılandır. Bir qədər oyuna maraq qatır. Amma hardasa matçın tempini öldürdü. Məncə, temp düşməsəydi, vaxtımız olsaydı, bu hadisələr baş verməsəydi, dördüncü qolu da vura bilərdik.
Mənim nəsə deməyim düzgün deyil. Hər kəs öz mədəniyyətini göstərir. Belə bir hal olubsa, xoş deyil. Bəlkə matçın gərginliyinə görə emosiyaları cilovlaya bilməyiblər. Hər halda belə halların olması xoş deyil".
Heybət
-
Yaxın Şərq11:12Təsdiqləndi: ABŞ-ın üç əsgəri bu ölkədə öldürülüb
-
Rəsmi xronika10:40Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı - FOTO
-
İqtisadi gündəm10:18Azərbaycanda bu məhsullar bahalaşacaq
-
MDB10:12Ruslar Qorbaçova nifrət edirlər: Səbəbi bəllidir
-
Region10:00İran “vuruşacağıq” qərarı verdi: ABŞ-la danışıq olmayacaq
-
Yaxın Şərq09:54ABŞ qırıcısı alovlanaraq yerə belə çırpıldı - VİDEO
-
Dünya07:55İran NATO-nun Viktoriya bazasına hücum etdi
-
Region07:15Xamenei haqqında bilmədiyiniz şok faktlar - Video





























.jpg)
.jpg)




