Zelenskiyə ağır zərbə: Ukrayna Macarıstan seçkilərinə müdaxilə edib
Bizi izləyin

Dünya

Zelenskiyə ağır zərbə: Ukrayna Macarıstan seçkilərinə müdaxilə edib

Zelenskiyə ağır zərbə: Ukrayna Macarıstan seçkilərinə müdaxilə edib

Macarıstanın "Maqyar Nemzet" qəzetinin xarici siyasət redaktoru Qabor Ştir Moskvada keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında səs-küy yaradacaq bəyanatlarla çıxış edib. Ekspert Macarıstanda keçirilən seçki prosesinə Ukrayna və Qərb xüsusi xidmət orqanlarının birbaşa müdaxilə etdiyini bildirib.

Publika.az xəbər verir ki, Qabor Ştir seçki dövründə Budapeştin ciddi kənar təzyiqlərlə üzləşdiyini vurğulayıb:

"Biz Ukraynanın seçkilərə müdaxiləsini hiss etdik. Eyni zamanda, Qərb xüsusi xidmət orqanlarının da bu prosesdə əli olduğu aşkar görünürdü".

Məsələ ilə bağlı Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Andrey Klimov da maraqlı proqnoz verib. O qeyd edib ki, Macarıstanın "Tisa" partiyasının lideri Peter Maqyar qalib gələcəyi təqdirdə Rusiya ilə münasibətləri qoruyub saxlayacaq və Avropa İttifaqı ilə sürətli yaxınlaşmaya can atmayacaq.

Ukraynanın eks-prezidenti Leonid Kuçmanın keçmiş köməkçisi Oleq Soskin isə vəziyyətin Kiyev üçün kritik olduğunu deyib. Onun sözlərinə görə, Peter Maqyarın siyasi arenada güclənməsi Vladimir Zelenskini çıxılmaz vəziyyətə salıb. Soskin hesab edir ki, Macarıstandakı bu siyasi dəyişiklik Ukrayna rəhbərliyi üçün "soyuq duş" effekti yaradacaq.

Qeyd edək ki, Macarıstanın mövcud hakimiyyəti ilə Ukrayna arasında münasibətlər bir müddətdir ki, gərgin olaraq qalır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm