ABŞ
Vaşinqton hərəkətə keçdi: İranın 9 milyard dolları ABŞ-dan keçib
ABŞ Dövlət Departamenti Çin, Honkonq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanın maliyyə qurumlarına rəsmi xəbərdarlıq məktubları göndərib. Vaşinqton bu ölkələri İrana qarşı tətbiq edilən sanksiyalardan yan keçməməyə çağırıb.
Publika.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, ABŞ rəsmiləri sözügedən ölkələrin banklarını İranla iş görməyin riskləri və mümkün ikinci dərəcəli sanksiyalar barədə xəbərdar edib.
Amerika tərəfinin məlumatına görə, rəsmi Tehran sanksiyalardan yayınmaq üçün xüsusi sxemlərdən istifadə edir. Belə ki, 2024-cü ildə İran əsasən Honkonq və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə ABŞ-dakı müxbir hesablarından azı 9 milyard dollar pul keçirib.
Dövlət Departamenti bəyan edib ki, bu cür əməliyyatlara şərait yaradan və ya göz yuman maliyyə institutları ABŞ-ın maliyyə sistemindən kənarlaşdırılmaq və sərt sanksiyalarla üzləşmək təhlükəsi altındadır. Məqsəd İranın nüvə proqramını və regional fəaliyyətlərini maliyyələşdirən gizli pul dövriyyəsinin qarşısını tamamilə kəsməkdir.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
