İdman
“Barselona” ulduz futbolçu üçün onları verməyə hazırdır
“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastonini transfer etmək üçün oyunçu mübadiləsi variantını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, “Calciomercato”nun məlumatına görə, katalon klubunun baş məşqçisi Hans-Diter Flik italiyalı futbolçunu müdafiə xəttini gücləndirmək üçün əsas hədəf kimi müəyyənləşdirib.
“İnter” isə Bastonini komandada saxlamaq və onun müqaviləsini uzatmaq niyyətindədir. Bununla belə, Milan təmsilçisi 80 milyon avrodan yuxarı təklifləri nəzərdən keçirə bilər.
Maliyyə tələblərini azaltmaq üçün “Bars” müqaviləyə öz oyunçularını da daxil etməyə hazırdır. “İnter”in maraq dairəsində 50 milyon avro dəyərində qiymətləndirilən yarımmüdafiəçi Dani Olmo var. O, mövsüm ərzində 38 oyunda 8 qol və 7 assistlə yadda qalıb.
Alternativ variant kimi hücumçu Ferran Torres də nəzərdən keçirilir. Onun müqaviləsi gələn il başa çatır. İspan futbolçu bu mövsüm 40 oyunda 16 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bundan əlavə, “İnter” Jerar Martinlə də maraqlanıb, lakin “Barselona” bu transferə veto qoyub.
Qeyd edək ki, cari mövsümdə Alessandro Bastoni bütün turnirlərdə 35 oyuna çıxaraq 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
















.jpg)





















