İdman
"Mən xurafatçı deyiləm, amma..." - Martines
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines komandasının 2026-cı il Dünya Kubokunu qazana biləcəyi barədə danışıb.
Publika.az xəbər verir ki, Martines “6” rəqəminin düşərli olacağını da güman edir.
“Portuqaliyanın Dünya Kubokunu qazanmaqdan narahat olduğunu deməzdim. Həyəcan, ümid olduğunu deyərdim. Komandada belə oyunçuların olması təbiidir. Kriştiano Ronaldo, “Mançester Yunayted” in kapitanı Bruno Fernandes, “Porto”nun kapitanı Dioqo Kosta, “Mançester Siti”nin kapitanı Bernardo Silva və ÇL-in qalibi PSJ-nin dörd əsas oyunçusu var. Bu, portuqaliyalıları xoşbəxt edir.
Bilirik ki, heç vaxt Dünya Kubokunu qazanmamışıq və bu, çətinlik deməkdir. Bilirik ki, hər şey tez dəyişə bilər, təkcə istedad kifayət deyil, kiçik detallar da əks nəticə verə bilər. Əlbəttə ki, bir şey alınmayanda, bu, çəkic zərbəsi kimidir, amma gəlin xəyal quraq.
Düşünürəm ki, biz bunu edə bilərik. Və istəyirəm ki, komandamız da məhz bu cür münasibət bəsləsin. Mən xurafatçı deyiləm, amma numerologiyanı sevirəm. Və bu, 13 iyulda anadan olmağıma baxmayaraq belədir.
Avro-2016 haqqında düşünmək xoşdur… Eysebio 60 il əvvəl, 1966-cı ildə Dünya Kubokunun ən çox qol vuran oyunçusu oldu. O, 1965-ci ildə “Qızıl top”u qazandı. İndi isə 2026-cı ildir. Hər yerdə “6” rəqəmi var var. Gəlin xəyal edək. Niyə də olmasın?”, – Martines deyib.
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
















.jpg)





















