İdman
Tofiq Musayev: "Bakıda döyüşmək istəyirəm"
Döyüşçümüz Tofiq Musayev UFC-də gələcək planları ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Rusiya mətbuatına danışan Musayev Bakıda çıxış etmək istədiyini bildirib:
“Bərpa olunmağa vaxtım çatacaq. Problem yoxdur. Bakıda döyüşmək istəyirəm. Rəqibin kim olması fərq etmir. Tanınmış ad da ola bilər, güclü döyüşçü də. Top-15 rəqiblə də döyüşə hazıram. Mənim üçün fərqi yoxdur, istənilən rəqiblə çıxmağa hazıram”.
Tofiq Musayev həmçinin azarkeşlərə də müraciət edib:
“Azərbaycandan, Rusiyadan və bütün Qafqazdan döyüşümü izləyən hər kəsə təşəkkür edirəm. Dəstəyinizə ehtiyacım var”.
Qeyd edək ki, Azərbaycan təmsilçisi bu gün Sietldə keçirilən turnirdə ilk qələbəsini qazanaraq İqnasio Baxamondes üzərində hakimlərin yekdil qərarı ilə qalib gəlib (23-6).
UFC-nin Bakıdakı növbəti turnirinin iyunun sonlarında keçiriləcəyi iddia olunur.
-
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
-
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
-
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
-
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
















.jpg)





















