İdman
“Real”ın sabiq ulduzu uğurunu pivə ilə qeyd etdi - Video
“Çelsi” və “Real”ın keçmiş vingeri Eden Azar İspaniyanın Malyorka adasında 167 kilometrlik velosiped yürüşünü uğurla başa vurub.
Publika.az xəbər verir ki, şənbə günü keçirilən bu çətin marafondan sonra 35 yaşlı sabiq futbolçu finişdə kameralar qarşısında pivə içərək bunu qeyd edib. Yarışı tamamladıqdan sonra qısa müsahibə verən Azar, daha sonra spirtli içki ilə uğurunu qeyd edib.
2023-cü ildə, 32 yaşında peşəkar karyerasını başa vuran belçikalı futbolçu hazırda aktiv həyat tərzini qoruyur. O, xeyriyyə oyunlarında iştirak edir və velosiped idmanı ilə məşğul olur. Qeyd edək ki, Azar 2024-cü ildə qardaşları ilə birlikdə Fransadakı məşhur “Mont Ventu” marşrutunu da fəth etmişdi.
Peşəkar karyerası ərzində Eden Azar “Çelsi”nin heyətində 352 oyunda 110 qol vurub və altı böyük titul qazanıb. O, iki dəfə İngiltərə Premyer Liqasının qalibi olub, daha sonra isə “Real”a keçərək karyerasını Çempionlar Liqası zəfəri ilə tamamlayıb.
View this post on Instagram
Hadisə15:56Bakıya güclü dolu yağdı - VİDEO
Magazin215:23Bu məşhur plastik əməliyyatlara 1 milyon xərcləyib: Ağzını aça bilmir
MDB15:07Putin bu türk dövlətinə gedir: Müstəsna əhəmiyyətli görüş olacaq
Region14:40Rusiyada gizli qrup Putini devirmək üçün hərəkətə keçdi - Sensasion detallar
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar

















.jpg)



























