İdman
Alonso oğlunun əsl adını açıqladı - Foto
“Aston Martin” pilotu və ikiqat Formula-1 çempionu Fernando Alonso oğluna verdiyi adı açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə paylaşım edib:
“Bu gün ‘mətbuat’dan öyrəndik ki, oğlumuzun başqa adı var. Halbuki biz onu hər gün gördüyümüz üçün oğlumuzu Leonar adlandırmağa davam edirik”.
Bundan əvvəl mediada ispaniyalı pilotun oğluna öz adını – Fernando verdiyi barədə məlumat yayılmışdı. Lakin o, bu xəbərləri təkzib edib və Formula-1 tərəfindən hədiyyə edilən paddok buraxılışını nümayiş etdirib.
44 yaşlı ispan üçün bu, ilk övladdır. Onun xanımı Melissa Ximenes üçün isə bu, dördüncü doğuşdur. O, daha əvvəl futbolçu Marc Bartra ilə evliliyindən üç uşaq sahibidir. Cütlük təxminən üç ildir birlikdədir və şəxsi həyatlarını ictimaiyyətdən uzaq saxlamağa üstünlük verir.
-
İnanc21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ










.jpg)






.jpg)



















