İdman
Del Pyeroya yüksək vəzifə verilir?
“Yuventus”un əfsanəvi sabiq kapitanı Alessandro Del Pyero İtaliya Futbol Federasiyasında mühüm vəzifə tuta bilər.
Publika.az xəbər verir ki, bu barədə insayder Nikola Şira məlumat yayıb.
Tərəflər artıq mümkün əməkdaşlıqla bağlı danışıqlara başlayıb və bu prosesin cari ilin iyun ayında rəsmiləşməsi mümkündür. Keçmiş futbolçunun namizədliyi bəzi italyan siyasətçilər tərəfindən də dəstəklənir və onlar Del Pieronun ölkə futbolunun idarəçiliyinə cəlb olunmasını istəyirlər.
Xatırladaq ki, İtaliya millisinin Bosniya və Herseqovina yığmasına pley-off finalında (1:3) məğlub olaraq ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra federasiyanın prezidenti Qabriele Qravina istefa verib. Yeni prezident seçkiləri iyunun 22-nə təyin olunub.
Bildirilir ki, bu vəzifə üçün digər namizədlər arasında Cüuzeppe Marotta, Covanni Malaqo, Matteo Marani və Karlo Mornati da yer alır.
-
İnanc21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu
-
Rəsmi xronika16:09Prezident müşavirə keçirdi - FOTOLAR/YENİLƏNDİ










.jpg)






.jpg)



















